Şarl Mişel Fələstinin tanınmasından danışdı: “Bizim fikrimiz hər iki tərəfin…”

“Fələstinin tanınması üzv dövlətlərin məsuliyyətidir”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

“Avropa İttifaqı (Aİ) tərəfindən Fələstinin müstəqil dövlət kimi tanınması assosiasiya ölkələrinin səlahiyyətindədir. Aİ liderləri Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini müzakirə ediblər. Bizim fikrimiz hər iki tərəfin addımlarını nəzərdən keçirməkdir. Bu prosesdə faydalı ola bilər. Biz iki dövlətli həll yolunu müzakirə edirik”, – deyə Mişel vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az