Sakit okeanda güclü zəlzələ oldu

Bazar günü Tonqa Krallığının sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 22,4 min insanın yaşadığı Nukualofadan 366 km şimalda yerləşib. Mənbə 225 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi qeydə alınmayıb.