Şair Yafəs Türksəs vəfat etdi

Şair Yafəs Türksəs vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə tənnqidçi Əsəd Cahangir məlumat verib.

O, özünün Facebook hesabında bunları yazıb:

“Tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişdi. Həmişə inciyirdi ki, niyə məni layk eləmirlər! Dualarınızı əsirgəməyin ki, ruhu şad olsun! Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin, günahlarını bağışlasın!”.