63d2a3197484963d2a3197484a167474869763d2a3197484763d2a31974848

Baş nazirin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Anıtqəbiri ziyarət edib, Atatürkün məzarı önünə əklil qoyub və Anıtqəbir muzeyi ilə tanış olub. Baş nazirin müavini Şahin Mustafayev xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib.

Ankarada nümayəndə heyətini Türkiyə Respublikasının Vitse-Prezidenti Fuat Oktay qəbul edib. Görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığımızın artıq ikitərəfli formatdan çıxaraq, regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb.

Ümummilli liderlərimiz Heydər Əliyevin “bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” şüarları əsasında inkişaf edən münasibətlərimiz dövlət başçılarımız İlham Əliyevin TANAP layihəsinin açılış mərasimində səsləndirdiyi “Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” və Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin imzalanma mərasimində səsləndirdiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” tezisləri ilə yeni mərhələyə qədəm qoyub.

Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində irimiqyaslı layihələrin icrasında da Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Ermənistan tərəfindən işğal dövründə həmin ərazilərdə hər şey, o cümlədən bütün infrastruktur tam dağıdılmışdır və bunlar müasir tələblərə uyğun yenidən qurulur. Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində hava limanları, su anbarları inşa edilir, avtomobil yolları salınır, dəmir yolları çəkilir, tunellər tikilir və digər bir sıra infrastruktur layihələri gerçəkləşdirilir.

Ankarada nümayəndə heyəti ilə eyni zamanda Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi arasında görüş keçirilib, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunması sahəsində Türkiyə təcrübəsi ətrafında müzakirələr aparılmış, təqdimatlar dinlənilib.

Səfər çərçivəsində 27 yanvar tarixində nümayəndə heyətinin Çamlıdere su anbarına, Gerede içməli su tunelinə və bir sıra digər su təsərrüfatı obyektlərinə yerində baxış keçirməsi, su təsərrüfatı obyektlərinin inteqrasiyalı idarə edilməsi və səmərəli istismarı ilə bağlı fikir mübadiləsi aparması nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.

***

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay arasında görüş olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə paylaşım edib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı və ətraf mühit, rəqəmsallaşma, müdafiə sahələrində mövcud vəziyyət və əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

63d2cff90ed0463d2cff90ed05167476018463d2cff90ed0163d2cff90ed02 63d2cff8ed3ed63d2cff8ed3ee167476018463d2cff8ed3ea63d2cff8ed3ec 63d2cff8e134963d2cff8e134a167476018463d2cff8e134663d2cff8e1348 63d2a31979d0a63d2a31979d0b167474869763d2a31979d0863d2a31979d09 63d2cff8c94e063d2cff8c94e1167476018463d2cff8c94de63d2cff8c94df

Paylaş: