Sağalması üçün aksiyalar keçirilən Nurlan öldü – FOTO

nurlan 1

Xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən və müalicəsi üçün sosial aksiyalar keçirilən Zərdab sakini vəfat edib.

Globalinfo.az xəbər verir ki, rayonun Məlikli kəndindən olan Nurlan Məlikli düçar olduğu xəstəlik səbəbindən dünyasını dəyişib. O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Nurlana yardım məqsədilə televiziya və digər kütləvi informasiya vasitələrində yardım kampaniyaları keçirilirdi, lakin onun tam müalicəsi üçün lazım olan məbləği toplamaq mümkün olmamışdı.

WhatsApp Image 2022 12 13 at 11.05.17