Sabahdan Aİ-95 benzininin kəskin ucuzlaşacağı gözlənilir

Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.

 

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.