Sabah YAP-ın prezidentliyə namizədi irəli sürüləcək

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP İdarə Heyətinin iclasının vaxtı məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, İdarə Heyətinin genişləndirilmiş iclası 15 dekabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.

İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.