Saatlıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.

Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.