1763740634 1756804352 trampp 1

“İranın son şahının böyük oğlu Rza Pəhləvinin İranda dəstək qazana biləcəyi barədə danışmaq üçün hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“O, çox yaxşı insan kimi görünür, amma öz ölkəsində necə qarşılanacağını bilmirəm. Biz hələ o mərhələdə deyilik, çox şey öyrənirik. Bu barədə danışmaq üçün tezdir. Onun ölkəsi ilə münasibətlərinin necə olduğu haqda məlumatım yoxdur”, – deyə o bildirib.

Ağ Ev rəhbəri bildirib ki, Pəhləvinin ölkəsində lider kimi qəbul edilməsinə etirazı yoxdur:

“İranda rejim devrilsə də, devrilməsə də bu, maraqlı bir proses olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: