Rutte gələn kimi Ukrayna ilə bağlı planını elan etdi

Rutte gələn kimi Ukrayna ilə bağlı planını elan etdi

NATO-nun yeni Baş katibi Mark Rutte hərbi alyansın prioritetlərini elan edib.

Globalinfo.az xəbər verir ki, o, alyansın müdafiəsini artırılmasının vacib olduğunu, bunun isə daha çox xərc tələb etdiyini bildirib.

Rutte Ukraynanın yenə də NATO üçün prioritet olacağını deyib.

“Biz elə etməliyik ki, Ukrayna xalqı suveren, müstəqil və demokratik qalsın”.

Əliyar Xəlil
Globalinfo.az