Makron ordu ilə bağlı tapşırıq verdi – Rusiyaya mesaj

makron

“Rusiyanın Ukrayna ərazisində Avropa qoşunlarının olması ilə bağlı qərara təsir etmək hüququ yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Ukraynanın suveren yanaşması var. Əgər o, öz ərazisində müttəfiq qoşunlarının yerləşdirilməsini tələb edirsə, bu, Rusiyanın işi deyil”, – ölkə başçısı “LeParisien”ə müsahibəsində bildirib.

O, həmçinin Ukraynada atəşkəslə bağlı razılığın əldə olunması üçün Rusiyaya təzyiq göstərməyin vacibliyini vurğulayıb.

Fransa prezidenti milli silah şirkətinə fəaliyyətini gücləndirməyi də tapşırıb. Makron bu qərarı ölkənin iqtisadi artımının stimullaşdırılmasının zəruriliyi ilə əsaslandırıb.

Günay Rəsulqızı
Globalinfo.az