TƏCİLİ: Rusiyaya qaçan Əsəddən ilk açıqlama – FOTO

TƏCİLİ: Rusiyaya qaçan Əsəddən ilk açıqlama - FOTO

Suriyanın sabiq prezidenti Bəşər Əsəd dekabrın 8-i, silahlı müxalif qüvvələr şəhərə daxil olana qədər Dəməşqdə qaldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS Bəşər Əsədin Ofisinə istinadən məlumat yayıb.

Əsəd Suriyada baş verən hadisələr zamanı bir dəfə də olsun istefa vermək və ölkədən qaçmaq haqda düşünmədiyini, lakin “terrorçular” tərəfindən ələ keçirilən” ölkədə prezident olaraq qalmağı mənasız hesab etdiyini qeyd edib.

“Dəməşqdə hərbi əməliyyatları izləmək və rusiyalı müttəfiqlərlə koordinasiya etmək üçün Latakiyaya getdim. Hmeymim bazasına gələndə qoşunlarımızın tamamilə geri çəkildiyini və son mövqelərin itirildiyini anladım. Həmin gün (8 dekabr) axşam saatlarında ölkəni tərk etdim”, – Əsədin adından yayılmış bəyanatda bildirilir.

Xatırladaq ki, dekabrın 8-də Suriyanın devrilmiş lideri Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya qaçıb.

 

Safura Bənnayeva
Globalinfo.az