Ukrayna Tveri vurdu: Əhali köçürülür – VİDEO

Rusiyanın Tver vilayətinin Toropets şəhərinə PUA hücumu olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Hücum nəticəsində şəhərdə yerləşən sursat anbarının partladıldığı bildirilir. Nəticədə baş verən yanğına görə  Tver vilayətinin qubernatoru İqor Rudenya Toropets şəhərinin əhalisinin bir hissəsinin təxliyə olunmasını əmr edib.

Yerli sakinlərin qonşu Qərbi Dvina şəhərinə köçürüldüyü bildirilir.