Paşinyan istədi, Putin rədd etdi – Erməni KİV

Ötən ilin dekabrında Müstəqil Dövlətlər Birliyinin (MDB) rəhbərləri arasında Sankt-Peterburqda keçirilən forumla bağlı yeni məlumat yayılıb. 

Globalinfo.az xəbər verir ki, Ermənistanın “Xalq” qəzeti həmin forumda iştirak edən Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti ilə təkbətək görüşmək istədiyini, lakin Vladimir Putinin rədd etdiyini yazıb.

Nəşr məsələ ilə bağlı baş nazir ofisinə sorğu ünvanlasa da, mətbuat xidməti sözügedən məsələ barədə məlumat olmadığını bildirib. Bu isə Putinin Paşinyanın görüş təklifini rədd etdiyi iddasının təsdiqlənməsi kimi dəyərləndirilib.

Ayşən Mustafa
Globalinfo.az