Cersi ştatının hakimiyyət orqanları rusiyalı milyarder Roman Abramoviçə cinayət işi açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
O, korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Bildirilir ki, məhkəmə R.Abramoviçin 1990-2000-ci illərdə Rusiyada əldə etdiyi sərvətlərin mənbələrini öyrənmək istəyirlər.
Milyarderin vəkilləri ittihamları rədd edib.