Pele dəfn olundu – VİDEO / YENİLƏNDİ

 

Futbol üzrə üçqat dünya çempionu Pele çərşənbə axşamı təxminən 250 min insanın iştirak etdiyi vida mərasimindən sonra dəfn edilib.

Pele Ginnesin Rekordlar Kitabına daxil edilmiş şaquli qəbiristanlıqda basdırılıb.

Futbol əfsanəsi oradakı yerini əvvəlcədən alıb.

Qeyd edək ki, Pele dekabrın 29-da xərçəng xəstəliyindən dünyasını dəyişib. O, tarixdə yeganə üçqat dünya çempionudur. Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı oyunçusu kimi tanınıb.

***

Braziliyalı futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi çərşənbə axşamı Santosda (Sao Paulo) “Vila Belmiro” stadionunda başa çatıb. Dəfn korteji vida mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, mərasimin sonunda Pelenin cəsədi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının üzərinə qaldırılıb və Braziliya bayrağı ilə örtülüb.

Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının yaşadığı evin yanından keçəcək. Bundan sonra Pele dəfn olunmaq üçün özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.