rus polis 11

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Globalinfo.az bildirir ki, APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsində istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.

***13:25

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Globalinfo.az bildirir ki, APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərdən 6-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.

***12:14

Rusiyanın İjevsk şəhərində orta məktəbdə baş verən silahı atışma nəticəsində 7 nəfər öldürülüb.

Globalinfo.az bildirir ki, APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Paylaş: