“Rusiya ilə ABŞ arasında məhbus mübadiləsinə Türkiyə kəşfiyyatı nəzarət edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat dərc olunub.
Məlumata görə, məhbus mübadiləsi Ankarada baş tuta bilər.
“Maraqlıdır ki, Rusiya bir neçə saat əvvəl Moskvanın Vnukovo şəhərindən havaya qalxan “Rossiya” uçuş heyətinin “Tu-204″ təyyarəsini izləyir”, – BBC yazıb.
“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Moskva vaxtı ilə saat 16:25 radələrində Ankaraya enib.
Eyni zamanda, “Reuters” agentliyi Ankara hava limanından yayıma başlayıb. Quyruğunda Rusiya bayrağı olan təyyarə efirdə göstərilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az