Rusiya təyyarələrinin ABŞ-a məxsus PUA-ya YAXINLAŞMA ANI – VİDEO

ABŞ ordusu Qara dəniz üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatının çərşənbə axşamı Rusiya ordusunun ələ keçirərək, vurduğunu göstərən videonu cümə axşamı yayımlayıb.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, videoda Rusiyaya məxsus “Suxoy Su-27″nin ABŞ-ın “MQ-9” pilotsuz təyyarəsinə arxadan yaxınlaşdını, sonra isə üzərindən keçərkən yanacaq atdığını görmək olub.

İkinci “Suxoy Su-27” təyyarəsi də oxşar şəkildə yaxınlaşır və ABŞ-ın pilotsuz təyyarəsinə çatdıqda, onunla toqquşduğunu bildirdiyi anda video yayımı pozulur.

Videonun bərpa edildiyi son kadrda pilotsuz təyyarənin qanadlarından birinin əyildiyini görmək olub.

Video ABŞ-ın müdafiə naziri Lloyd Ostinin rusiyalı həmkarı ilə görüş barədə danışdıqdan bir gün sonra yayılıb.

“Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa və fəaliyyət göstərməyə davam edəcək və Rusiya öz hərbi təyyarələrini təhlükəsiz və peşəkar şəkildə idarə etməlidir” – deyə, Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon söhbətindən sonra jurnalistlərə bildirib.

Rəsmilər bunun iki müdafiə naziri arasında oktyabr ayından bəri ilk telefon danışığı olduğunu deyib.

ABŞ ordusunun məlumatına görə, ABŞ-a məxsus “MQ-9” pilotsuz təyyarə çərşənbə axşamı beynəlxalq hava məkanında “adi əməliyyatlar həyata keçirirdi”. ABŞ qüvvələri beynəlxalq sulardakı pilotsuz təyyarəni Rusiya təyyarəsinin dronun qanadını zədələdikdən sonra vurub salıb.

“Biz bilirik ki, müdaxilə qəsdən olub. Biz bilirik ki, aqressiv davranış qəsdən olub. Biz bunun çox qeyri-peşəkar və çox təhlükəli olduğunu da bilirik” – deyə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli çərşənbə günü jurnalistlərə bildirib.

Rusiya pilotsuz uçuş aparatı geri qaytarıb-qaytarmamaq barədə düşündüyünü bildirib. ABŞ rəsmilərinin dediyinə görə, onun mütəxəssisləri təyyarə Qara dənizə göndərilməzdən əvvəl Rusiya məxfi məlumatları əldə etməsin deyə, təyyarədəki həssas proqram təminatını uzaqdan silə bilib.