Rusiya parçalanacaq: bu dövlətlər müstəqil olacaq – Proqnoz

Rusiyada Putinin yerinə kimin gəlməsindən asılı olmayaraq, biz bu ölkənin çöküşünün şahidi olacağıq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O həmçinin Rusiyanın subyekt olmaqdan çıxdığını və Putinin istədiyi kimi çoxqütblü dünyanın dövləti olmayacağını söyləyib:

“Biz daha vacib prosesləri görəcəyik. Birincisi, Rusiya bütün mövcud meydanlarda alçaldılacaq. Bu, kifayət qədər primitiv tamaşa olacaq. İkincisi isə Rusiyanın subyektliyinin itirilməsidir. Heç kim Moskvaya ciddi yanaşmayacaq”.

Podolyakın sözlərinə görə, bütün etnik qruplar, xüsusilə Şimali Qafqaz Moskvadan üz çevirəcək:

“Rusiya bir daha indiki vəziyyətində olmayacaq. O daha kiçik olacaq. Bütün etniklər, o cümlədən Şimali Qafqaz azad idarəçiliyi seçəcəklər. Sözsüz, biz Rusiyanın Ukraynaya hansı qorxu ilə baxdığını görəcəyik. Ukrayna Avropanın fundamental ölkəsi olacaq”.

İlkin Həsənov
Globalinfo.az