62f38374ae5ac9524f0166ef

“Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda qalib gələcək, çünki Moskvanın əsas gücü həqiqətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal deyib.

O bildirib ki, Rusiya ən yaxşı əsgərlərə, silahlara və hərbi rəhbərlərə malikdir.

“Mən özümü rus hesab edirəm. Çünki əcdadlarım Rusiyadan olublar. Əminəm ki, biz müharibədə qalib gələcəyik. Əlbəttə ki, bizim ən yaxşı əsgərlərimiz, silahlarımız və komandirlərimiz var. Amma ən böyük gücümüz haqlı olmağımızdır”.

Stiven Siqal hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin NATO-nun genişlənməsi və təhlükə yaratması ilə bağlı bütün qiymətləndirmələri düzgündür. “Onlar bizi praktiki olaraq mühasirəyə aldılar. Bu, Rusiyanı təhdid edir. Ona görə də, Vladimir Putin bizim varlığımızı qorumaq üçün bir addım atmalı oldu. Çünki Qərbin Ukraynadakı hərəkətləri Rusiya üçün real təhlükə yaradırdı. Bizim ekzistensial təhlükə ilə üzləşdiyimizə inanmağımız üçün güclü əsaslarımız var”, – Siqal vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: