Rusiya bu nüfuzlu azərbaycanlılara sanksiya tətbiq etdi – Siyahıdakı ADLAR

Rusiya bu nüfuzlu azərbaycanlılara sanksiya tətbiq etdi – Siyahıdakı ADLAR

Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiya paketini elan edib. Britaniya hökumətinin rəsmi saytında dərc olunan siyahıya “Rosneft” və “Lukoil” kimi böyük neft şirkətləri də daxil edilib.

Sanksiya siyahısında “Lukoil”in prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov, onunla əlaqəli olan Zarax İliyev, “Coral Energy Group” neft ticarət şirkətinin rəhbərləri Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub və Tahir Qarayevin, həmçinin “Zəngəzur” şirkətinin rəhbəri Şükürovun və azərbaycanlı telejurnalist Nailə Əsgərzadənin adları yer alıb.

Ümumilikdə 90 fiziki və hüquqi şəxs sanksiyalara məruz qalıb. Siyahıda Çin, Hindistan və Sinqapurdan olan şirkətlər də var. Qərarın əsaslandırılmasında bildirilir ki, sanksiyaların məqsədi Rusiyanın enerji sektoruna təzyiq göstərməkdir.

Rusiya bu nüfuzlu azərbaycanlılara sanksiya tətbiq etdi – Siyahıdakı ADLAR

Azər Allahverənov

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, bu sanksiyalar paketinin hədəfi birbaşa Rusiyadır:

“Böyük Britaniyanın hazırladığı bu sanksiyalar Rusiyanın enerji sektoruna təsir etməyə hesablanıb. Təkcə Rusiya neft şirkətləri deyil, onların tərəfdaşları, həmçinin onlarla çalışan banklar da sanksiyalara məruz qalıb. Britaniya hökumətinin saytında bu barədə geniş məlumat verilib. Bu qərar, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cavab olaraq qəbul edilib. Təəssüf ki, sanksiya siyahısına azərbaycanlılar da düşüb. Rusiya enerji sektorunda çalışan soydaşlarımız bu prosesdən təsirlənirlər. Sanksiyalar çərçivəsində Çin şirkətləri və “Mir” ödəniş sistemləri də məhdudiyyətlərə məruz qalıb. Ümumilikdə, bu addım Azərbaycana qarşı deyil, birbaşa Rusiyaya yönəlib”.

Rusiya bu nüfuzlu azərbaycanlılara sanksiya tətbiq etdi – Siyahıdakı ADLAR

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli də məsələni bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqlərinin artacağı əvvəldən gözlənilirdi:

“Rusiyanın atəşkəslə bağlı danışıqlara getməməsi və müharibənin davam etməsi səbəbindən sanksiyaların sərtləşdirilməsi gözlənilən idi. Yeni sanksiya paketində etnik azərbaycanlılar və ya Azərbaycanla əlaqəli şəxslər, onların rəhbərlik etdiyi şirkətlər də yer alıb. Bu, birbaşa Azərbaycana qarşı yönəlmiş addım deyil. Lakin həmin şəxslərin Azərbaycanda biznes maraqları var və bu sahədə müəyyən çətinliklər yarana bilər. Məsələn, “Lukoil”in ölkəmizdə yanacaqdoldurma stansiyaları fəaliyyət göstərir. Sanksiyalar çərçivəsində pul köçürmələri və digər maliyyə əməliyyatlarında məhdudiyyətlər tətbiq oluna bilər. Bu səbəbdən, həmin şəxslərin Azərbaycandakı bizneslərinə dolayı təsirlər mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az