“Gələn il yanvarın 1-dən etibarən İranla Ermənistan arasında Nəzarət Buraxılış məntəqələrində yalnız erməni sərhədçilər xidmət edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
O bildirib ki, Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən Nəzarət Buraxılış məntəqələrindən 2025-ci il yanvarın 1-dən çıxarılacaq.
Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət isə Rusiya və Ermənistan hərbçiləri tərəfindən birgə təşkil olunacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az