Saxlanıldığı deyilən Rəqsanədən açıqlama – VİDEO

“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.

***14:59

Tanınmış müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, İsmayılova RF Cinayət Məcəlləsinin “Rüşvətvermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.