Rəisinin helikopterini onlar tapıb – Hadisə yerindən yeni VİDEO

İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopterin qəzaya düşdüyü yerdən yeni görüntülər yayılıb azərbaycanlı xilasedicilər tapıb.

Globalinfo.az xəbər verir ki, bu barədə MOUZE video yayıb.

Görüntüdə qəza yerinə ilk yetişən xilasedicilərin azərbaycanca danışdığı da görünür.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Axtarışlara cəlb edilən xilasedicilərin İranda yaşayan azərbaycanlılar olması və azərbaycanca danışmaları diqqət çəkib.