Region Liqası: “Xankəndi” FK çempion oldu

xankendi stadionu 900x527 1

Bu gün Region Liqasının final oyunu keçirilib.

Globalinfo.az  xəbər verir ki, həlledici görüşdə “Xankəndi” ilə “Şirvan” üz-üzə gəliblər.

Həlledici qarşılaşmada “Xankəndi” futbol klubu rəqibini 3:0 məğlub edib. Komandanın qollarını Bayram Əliyev, Hüseyn Axundov və Elariz Xəlilli vurublar.

Xatırladaq ki, “Xankəndi” klubu tarixində ilk dəfədir ki, kuboka sahib olur.

Qeyd edək ki, Region Liqasının qalibi növbəti mövsümdə Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.