“Quska” haqda yeni cinayət işi: Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.

Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.