Qriqoryanla görüş olduqca konstruktiv keçdi – Hikmət Hacıyev

Bugünkü danışıqlar kifayət qədər konstruktiv keçdi.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə açıqlamasında deyib.

“İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru irəliləmək üçün daha çox imkanlar var”, – deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Hikmət Hacıyev Armen Qriqoryan arasında görüş AB-nin vasitəçiliyi ilə Brüsseldə baş tutub.