Qonşu ölkədə zəlzələ oldu

İranın Mazandaran əyalətində zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu haqda ABŞ geoloji kəşfiyyat xidməti məlumat yayıb.

Bildirilib ki, maqnitudası 4,5 bal gücündə qeydə alınan zəlzələ Bakı vaxtı ilə saat 21:43-də olub.

Yeraltı təkanlar Sari, Babulsər, Qaimşəhr və Babil şəhərlərində hiss olunub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.