Qonşu ölkədə gün ərzində 3-cü güclü zəlzələ

İranın cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 352 min insanın yaşadığı Bəndər Abbas şəhərindən 30 km şimalda, ocağı 11 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, gün ərzində bölgədəki üçüncü zəlzələdir. Bundan əvvəl 5,3 və 5,2 bal gücündə zəlzələlər qeydə alıb.