Matçın qırılma nöqtəsi… – Fernandu Santuş

“Bunu biabırçı məğlubiyyət adlandırmazdım”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzduqları Millətlər Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

“Bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi. Bəzi elementləri yaxşılaşdırmalıyıq. Bunun üçün vaxt lazımdır. Məncə, hakimin qərarı da qərəzli idi. İki sarı vərəqə müzakirə mövzusu olmalıdır. Zaman lazımdır. Bir neçə ildən sonra komanda istənilən rəqibə qarşı normal oyun göstərə biləcək. Millidə potensial görürəm. Sadəcə, bizə vaxt lazımdır. Komandada bitiriciliklə bağlı çox böyük problemlər var. Növbəti oyunlarda ratasiya barədə düşünəcəyəm”.