Qəzzadakı uşaqlar üçün gözyaşı axıdanlar qonşusunun öldürdüyü qız üçün susur!

Azərbaycan cəmiyyəti həftələrdir İsrail-HƏMAS müharibəsini müzakirə edir. Hətta bəzən bu mübahisələr dava-dalaşaꓹ təhqirə keçir.

Bir-birinə kafir deyən də gördümꓹ qatil deyən də. Zarafat deyilꓹ bizdən min kilometrlərlə uzaqda bir müharibə gedirꓹ Azərbaycan vətəndaşı bir-birinə qatil deyir.

Gəlin bir az düşünəkꓹ kimdir qatil?

Qəzzadakı xəstəxanaya atılan raket nəticəsində uşaqlarꓹ qocalarꓹ qadınlarꓹ yaralılar həyatını itirdi. Bəliꓹ bunu edən qatildir!

İsrailə edilən hücum zamanı həyatını itirən mülki şəxlər arasında uşaqꓹ qocaꓹ qadın vardı. Bu hücumu edənlər də qatildir! Yəni məsələ kimin qatil olmasıdırsa hər iki tərəfdə qatillər var.

Bəs Azərbaycanda yaşayan qatillər? Yanlış anlamayın, mən hər gün xəbərlərdə eşitdiyiniz arvadıꓹ qaynanasınıꓹ oğlunuꓹ atasınıꓹ anasını öldürən qatilləri demirəm…

Onlardan daha dəhşətliꓹ daha qaniçənꓹ daha qəddar qatillərdən bəhs edirəm!

Etdiyi cinayətə baxmayaraq azadlıqda gəzənꓹ heç bir cəza verilməyən vicdansız qatillərdən bəhs edirəm. Bu qatillər ilə bir ölkədəꓹ bir şəhərdəꓹ bir küçədə yaşayırıq. Hətta bəzən bu qatillərin qatil oluşunu eşidir,şahid olurꓹ susur, əslində isə onların törətdiyi əmələ şərik oluruq.

Yarı qatil oluruq…

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib ki, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.

Düşük Olduqdan Sonra Nə Zaman Hamilə Qalmaq Olar? - Bahçeci

Bu çox dəhşətli statistikadır. Düşünəndəki ölkəmiz belə bir statistikada dünyada ilk pillələrdədir, insan dəhşətə gəlir. Bu statistikaya görə günboyu neçə qatillə üz-üzə gəlirꓹ təmasda oluruq.

Özü də uşaq qatilləri ilə…

Özü də qız uşaqlarının qatilləri ilə…!

Düşünün, indi bu qatillər Qəzzadakı uşaqlar üçün gözyaşı tökür. Əslində tökdüyü gözyaşı timsah gözyaşıdır.

Qız uşağını diri-diri basdıran ərəbi islah etmək üçün göndərilən İslam dininə etiqad edən bir çox insan bu statistikaya görə hər gün yüzlərlə uşağı sırf cinsiyyəti qızdır deyə abort edir.

Əslində isə Azərbaycanın gələcəyini abort edir…

Cəmiyyət olaraq bu qətliama dur deməliyik!

Bir qız da olsa onun həyatını xilas etməliyik!

Gələcəyimizi abort edənlərə qarşı cihada qalxmalıyıq!

Turan Rzayev
Globalinfo.az