Qəzzada atəşkəs elan edilib? – YENİLƏNİB

İsrail Qəzzanın cənubunda müvəqqəti atəşkəsin elan olunması barədə xəbəri təkzib edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Qeyd edilib ki, belə bir razılıq əldə olunmayıb.

Xatırladaq ki, daha əvvəl əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırılması məqsədilə ərazidə müvəqqəti atəşkəsin elan olunduğu bildirilmişdi.

***09:51

Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.

Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.