Livanda atəşkəs bu şərtlə olacaq – İsrail

1696843767 israel palestine peace.svg

“Livandakı müharibə məqsədimizə çatana qədər dayanmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“Livanda atəşkəs olmayacaq və düşmənə möhlət verilməyəcək. Biz müharibə məqsədlərimizə çatana qədər Hizbullaha tam gücümüzlə zərbələr endirəcəyik”, – deyə Katz vurğulayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Baraşit kəndi ərazisinə zərbələr endirib. Nəticədə bu məntəqənin komandiri Əbu Əli Ridi öldürülüb.

Müşviq Tofiqoğlu
Globalinfo.az