Qəzada ölənlərdən biri hərbçi, digəri ANAMA əməkdaşıdır – VİDEO

Xəbər verdiyimiz kimi, Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həlak olanlardan biri “Mercedes” maşını ilə toqquşan “Niva”nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.

Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.

Bundan başqa, qəza nəticəsində Daxili Qoşunların hərbçisi də həlak olub. Hələlik onun kimliyi açıqlanmayıb.