Qəribə yol nişanına dəyişiklik edildi – FOTOLAR

Paytaxtın Nəsimi rayonu ərazisində – Füzuli küçəsində (Heydər Əliyev sarayının yanı) çəkilmiş qəribə yol nişanına düzəliş edilib.

Globalinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, hərəkət zolaqları üzrə çəkilmiş 5.8 nişanındakı iki oxdan biri silinib.

Ötən gecə yoldakı istiqamətverici ox standartlara uyğun şəkildə bərpa olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən qüsurlu nişanın fotosu paylaşılaraq sürücüləri çaşdıra və qəzalara səbəb ola biləcəyi ilə bağlı müzakirələr gedirdi.