“Atəşkəs əldə olunarsa, Avropa ölkələri Ukraynada öz “sülhməramlı” kontingentlərini yerləşdirməyə hazır olmalıdırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber deyib .
“Avropanın operativ strukturlarının – Avropa bayrağı altında əsgərlərin olmasının vaxtı çatıb. Təbii ki, onların arasında almanlar da olacaq”, – siyasətçi bildirib.
Bundan əlavə, Veber Xristian Sosial Birliyinin (CSU) partiya konfransında ümumi Avropa ordusunun yaradılması təklifini təqdim etmək niyyətində olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az