Qəbir daşına QR kodu yazmaq düzgündürmü? – Deputatdan cavab

Sosial şəbəkələrdə məzar daşına QR kodun yerləşdirilməsi görüntüləri ciddi müzakirələrə, hətta narazılıqlara səbəb olub. Belə ki, artıq bir neçə qəbiristanlıqda dünyasını dəyişən şəxsin adına internetdə səhifə açılır, ona aid foto, video və digər məlumatlar ora yerləşdirilir. Görünür, məzarlıqlar sıradan bir dəfn yeri olsa da, bəziləri buna əhəmiyyət vermək istəmir.

Bəs islam dini bununla bağlı nə deyir?

Mövzunu Globalinfo.az-a şərh edən deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu məsələnin heç bir dini əsası olmadığını bildirib.

Onun sözlərinə görə, insanlar bu gün müxtəlif variantlardan, metodlardan istifadə edirlər:

“Məzar daşına QR kodun vurulmasının dinlə əlaqəsi yoxdur. Bu, sadəcə fərdi bir təşəbbüsdür. Görünür, kimsə gələcəkdə bundan biznes kimi istifadə etməyə çalışır. Ümumiyyətlə, çalışıb qəbirlərə, dünyasını dəyişən insanlarla hörmət etməliyik”.

Zaira Akifqızı
Globalinfo.az