Qarabağda neçə min erməni qalacaq? – İrəvanın versiyası

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilər barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

O, Qarabağdan gələn ermənilərin paytaxt İrəvanda yerləşdirilməsini istəmir. Paşinyan həmin şəxslərin bir müddət sonra ciddi problem yaradacağını düşünür.

Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda təxminən 20 min erməninin qalmasına çalışacaq.

Əliyar Xəlil
Globalinfo.az