Qarabağda döyüşə hazırlıq başladı – Araikdən bir istək, bir tələb…

Qarabağda döyüşə hazırlıq başladı - Araikdən bir istək, bir tələb...

Sonuncu erməni təxribatına verilən cavab – “Qisas” əməliyyatı separatçılara dərs olmayıb.

Globalinfo.az xəbər verir ki, onlar sosial şəbəkələrdə silahlanmaqla bağlı çağırışlara başlayıblar.

Çağırışda bildirilib ki, Qarabağda yaşayan insanların “özünümüdafiəsi”təşkil edilməlidir:

“Hər bir ailədə minimum bir silah olmalıdır. Əhali üçün təlimlər təşkil edin, bütün yaşayış məntəqələrini qalalara çevirin. Sülhməramlılara ümid etməyi buraxın, onların mandatı və Qarabağ sakinlərini qorumaq vəzifəsi yoxdur”.

Separatçı lider Araik Arutyunyanı “istefa”ya səsləyən ermənilər, ondan ən azı “müdafiə naziri” Kamo Vardanyanı dəyişməsini tələb ediblər.

Tahir Turan
Globalinfo.az