B7s6GRR2WGcplfWaz0u6U7FpVv2xUWfuGFeCKZO1 1200

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” “Tvente” klubu ilə gün ərzində ikinci oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, ikinci qarşılaşma niderlandlıların qələbəsi ilə başa çatıb – 1:2.

“Köhlən atlar” bu gün ilk matçda bu rəqibə qalib gəlmişdi – 3:2.

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununda qalib gəlib.

Globalinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente”ni məğlub edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

“Köhlən atlar” bu gün eyni komanda ilə daha bir oyun keçirəcək.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə 4:5 hesabı ilə uduzub, Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyiblər.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Paylaş: