VACİB XƏBƏRLƏR

“Qarabağ” növbəti transferini açıqladı – VİDEO

İdman

kris kuaku

Qarabağ” yeni mövsümdə üçüncü transferini reallaşdırıb.

Globalinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya “Mafra”sı ilə aparılan danışıqlar nəticəsində yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Fil Dişi Sahilindən olan 25 yaşlı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Kuaku “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan futbolçu 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış