Rusiya Prezidenti Vladimir Putin son çıxışlarında tez-tez “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” deyə fikirlər səsləndirir.
Maraqlıdır, Putin hansı çarəsizlikdən danışır? Rusiya liderinin hədəfi nə idi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın əsas məqsədi Qarabağda sülhməramlı kontingentini daimi saxlamaq və ermənilərin burada müəyyən status alması idi:
“Rusiya Qarabağı mübahisəli ərazi kimi qəbul edir və Ermənistanı da buranı Azərbaycan ərazisi kimi tanımamağa çağırırdı. Bununla da rəsmi Moskva Ermənistan və Azərbaycana təsir rıçarqlarını əlində saxlayacaqdı. Lakin rəsmi Bakının adekvat reaksiyası, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində rəsmi Moskvanın planları puç oldu.
Bakı bəyan etmişdi ki, rəsmi İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra sülh danışıqlarına başlayacaq. Nikol Paşinyan ən müxtəlif platformalarda reallığı qəbul etdi. Həmin reallıq isə Rusiyanın maraqlarına uyğun deyil. Putinin qeyd etdiyi çarəsizlik də budur”.
Safura Bənnayeva
Globalinfo.az














