Qadın millimizdən tarixi nəticə

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşıb.

Limassol şəhərində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 9-cu dəqiqədə Diana Məmmədova vurub.

Kipr – Azərbaycan – 0:1

Qol: Diana Məmmədova, 9

Xallar: Azərbaycan – 13, Monteneqro – 9, Kipr – 7, Farer adaları – 0.