skynews south korea north korea 6715295

Şimali Koreya Cənubi Koreya ilə hazırda istifadə edilməyən sərhəd yolunun bir hissəsini partladıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı məlumat yayıb.

Partlayışlar Şimali Koreya Prezidenti Kim Çen İnin yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşündən bir gün sonra baş verib. Məlumata görə, görüş zamanı Seula məxsus PUA-ların Pxenyanyan üzərində uçuş həyata keçirdiyi bildirilib və bu, təxribat cəhdi kimi qiymətləndirilib.

Nəticədə bu addıma cavab kimi bəzi sərhəd və dəmir yolları partladılıb. Həmçinin növbəti dəfə belə bir hal yaşanacağı təqdirdə, birbaşa Cənubi Koreya ərazisinin hədəfə alınması üçün ordu və texnika hazır vəziyyətə gətirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: