“Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın keçmiş baş naziri Viktor Orban heç vaxt rus dilində danışıqlar aparmayıblar”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində deyib.
O vurğulayıb ki, Putin və Orban arasında keçirilən bütün görüşlərdə tərcüməçilər iştirak edib.
Bu açıqlamaya səbəb Orbanın yaxın vaxtlarda Macarıstandakı siyasi vəziyyətlə bağlı çıxışı zamanı rus dilində Nikolay Çernışevskinin məşhur “Nə etməli?” («Что делать?») romanının adını səsləndirməsi olub.
Həmin epizodu şərh edən Peskov bildirib ki, Orban sadəcə tanınmış ədəbi əsərin adını sitat gətirib.
Kremlin sözçüsünün sözlərinə görə, Macarıstanın keçmiş baş naziri savadlı və geniş dünyagörüşünə malik siyasətçidir.
Əliyar Xəlil
Globalinfo.az