“Putinlə dialoqumun sirrini açıram: mənə dedi ki…” – Paşinyandan ŞOK

“2018-ci ildə Soçidə Rusiya Prezidenti ilə aramda keçən söhbətin sirrini açmaq istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib.

“Putin Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, onların suverenliyini daim aşağılaması barədə çoxlu şayiələrin olduğunu dedi. O mənə Ermənistanın müstəqilliyinə, suverenliyinə və qərar qəbul etmək azadlığına qeyd-şərtsiz hörmət etdiyini bildirdi. Biz münasibətlərimizi mahiyyətcə həmin ilk söhbətdə əldə olunmuş razılaşmalar əsasında qurduq. İrəvan heç bir öhdəliyindən boyun qaçırmayıb”, – Paşinyan bildirib.

Ayşən Mustafa

Globalinfo.az