Putinin Kim Çen İnə hədiyyə etdiyi limuzinin özəllikləri

kim putin masin

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə Aurus Senat limuzini hədiyyə edib. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, limuzinin üstün özəllikləri diqqət çəkib.

L%C4%B0MUZ%C4%B0N 1 1708858861

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin sentyabrda Kimin Rusiyaya səfərindən sonra avtomobili ona hədiyyə etməyi qərara alıb. “Vostoçnı” kosmodromuna ekskursiya zamanı Kimə Putinin maşınına minmək təklif olunub.

L%C4%B0MUZ%C4%B0N 2 1708858883

Peskov Kimin avtomobilə heyran olduğunu və ona bir avtomobil hədiyyə etmək qərarına gəldiklərini ifadə edərək, “Şimali Koreya bizim qonşumuz, yaxın qonşumuzdur” deyib.

Aurus Senat limuzininin özəllikləri

L%C4%B0MUZ%C4%B0N 3 1708858908

Auriz Senat limuzini “Porsche”nin köməyi ilə hazırlanmış 4,4 litrlik V8 hibrid mühərriki ilə təchiz edilib və daxili yanma mühərriki 598 at gücünə (440 kVt) və 880 Nm-ə malikdir. Elektrik mühərriki 62 at gücünə malikdir.

L%C4%B0MUZ%C4%B0N 4 1708858929

2018-ci ildə istehsalına başlayan model, iki turbolu birbaşa püskürtmə mühərriki ilə saatda 100 kilometr sürəti 9 saniyəyə yığa bilir.

Model 9 pilləli avtomatik transmissiyaya malikdir və onun təkərləri 20 düymdür.

L%C4%B0MUZ%C4%B0N 5 1708858968

Avtomobilin ölçüləri aşağıdakı kimidir:

Uzunluğu: 6 metr 63 santimetr

Eni: 2 metr 2 santimetr

Hündürlüyü: 1 metr 69,5 santimetr

Zirehli modelin çəkisinin 6 tondan artıq olduğu açıqlanıb.

Daha əvvəl Putinin şəxsi özəl maşınının 7 min 200 kiloqram ağırlığında olduğu bildirilirdi.