zelenski 11

“Rusiya bu gün təcrid olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Putinin hakimiyyətdə qalması Rusiyanı sivil dünyadan bir az daha çox uzaqlaşdırır:

“Putin özünün Kremldə mövcudluğu ilə insanları, iqtisadiyyatı, tarixini, dilini təcrid edir. Əllərində nə toplanmışdısa, yox oldu. Nəticədə münasibətlərimiz də bitdi, çünki bizə müharibə və aqressiya ilə gəldi”.

Zelenski Putinin güclü ordusunun olmadığını, əvəzində istənilən an qurban verə biləcəyi milyonlarla insanının olduğunu söyləyib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: