1672929188 221025140946 vladimir putin file 1025

Hazırda bütün dünyanın diqqəti Rusiyadadır. “Vaqner” muzdlu silahlı birləşməsinin dayanmadan Moskvaya doğru irəlilədiyi bildirilir. Son olaraq prezident Vladimir Putinin çıxışından sonra birləşmənin “yaxında yeni prezidentimiz olacaq” açıqlaması hakimiyyət çevrilişi iddialarını daha da gücləndirir. Baxmayaraq ki, o ana qədər birləşmənin rəhbəri Yevgeni Priqojin hədəfin sadəcə Rusiya Müdafiə naziri və Baş Qərargah rəisi olduğunu bildirmişdi.

Rusiyadakı vəziyyət Cənubi Qafqaz ölkələri tərəfindən daha diqqətlə izlənir. Əksəriyyət Putinin devrilməsinin daha yaxşı olacağını bildirir. Xüsusilə Azərbaycan və Ermənistan arasında davam edən danışıqlar və kommunikasiya xətlərinin açılması ilə bağlı dialoqlar fonunda bölgədəki vəziyyətin necə olacağı əsas müzakirə mövzusuna çevrilib.

Bəs Putinin devrilməsi dünyaya, o cümlədən Azərbaycana nə qazandıracaq? Bu, bölgədəki vəziyyəti necə dəyişəcək?

Mövcud vəziyyəti Globalinfo.az-a dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bölgədə vəziyyətin heç də təxmin edilən kimi olmayacağı, bəzi ölkələri ağır nəticələrin gözlədiyini deyib:

“Əgər Rusiyada mərkəzi hakimiyyətə ciddi təzyiq olarsa, yaxud ssenari tamamilə əksinə cərəyan etsin və düşündüyümüzdən fərqli olaraq “Vaqner” böyük üstünlük qazansın, o halda bölgədə vəziyyət Ermənistanın tutumuna görə dəyişəcək. Hesab edirəm ki, bu zaman Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Arazdəyəndə zavod açmaq istəyən ABŞ-ın hərbi düşərgəsi ilə əvəz olunacaq. Hazırda bölgədə Avropa İttifaqının missiyası var və bu ciddi bir faktordur. Heç şübhə yoxdur ki, hazırda baş verənlər Ermənistanın dərhal istiqamətini dəyiməsilə yekunlaşa bilər.

Azərbaycan və Türkiyə Rusiya faktorunu nəzərə alaraq uğurlu manipulyasiyalar həyata keçirə bilib. Amma Rusiyaya ehtiyacın olmadığı bir dünyada Qərb siyasi düşüncəsinə uyğunlaşmayan dövlətlərin cəzalandırılması məsələsi icra oluna bilər. Belə bir ehtimal var. Özü də bunu “insan haqları”, “demokratiya” adları altında həyata keçirəcəklər. Hansı ki, biz bunu Avropanın mərkəzində döyülən, polis tərəfindən əzilən vətəndaşların timsalında görə bilirik№.

Qeyd edək ki, hazırda “Vaqner” birləşməsi Moskva istiqamətində hərəkətə davam edir. Rus ordusunun əsgərlərinin kütləvi şəkildə silahlarını ataraq dəstəyə qoşulmağa başladığı deyilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: